ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada İranın dəstəklədiyi qüvvələrin nəzarətində olan bölgələrə aviazərbələr endirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb İran güclərinin 4 gündə PYD-nin nəzarətində olan 22 məntəqəni ələ keçirməsidir.
Bundan təşvişə düşən ABŞ həmin qruplara qarşı əməliyyatlara başlayıb.
Məlumatlara görə, İran gücləri hücumlardan sonra Deyr-əz-Zor bölgəsində ələ keçirdikləri ərazilərdən geri çəkilməyə başlayıblar.