Çinin cənubundakı Quandun əyalətinin Şanvey şəhər məhkəməsi ü narkocinayət törətdiyinə görə mühakimə olunan 10 nəfər haqda edam hökmü verib.
Teleqraf.com xəbər verir ki, hökm elə həmin gün icra olunub.
Müttəhimlər narkotikin hazırlanmasında, ticarətində və daşınmasında ittiham olunublar.
Hökm oxunduqdan sonra onun icrası üçün müttəhimlər konvoyun müşayiəti ilə edam yerinə aparılıblar.