16 Sentyabr 2019 11:04
2 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin kənd təsərrüfatı naziri Bəkir Pakdəmirlinin idarə etdiyi təyyarədə nasist Almaniyasının bayrağının olması ciddi müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, nazir Pakdəmirli təyyarəni Əskişəhərdə “ Sivirhisar hava nümayişi 2019” mülki aviasiya tədbiri zamanə havaya qaldırıb.

Nazir” Ferokious Frankie” adlı P-51D mustanq model xüsusi təyyarəni idarə edib.

Amma təyyarədə 8 nasist bayrağının və simvollarının olması diqqəti çəkib.

Hadisənin böyük hay-küyə səbəb olacağını görən Aviasiya Mərkəzi Klubunun rəhbəri İsmət Erol məsələyə maraqlı formada açıqlama gətirib: “Bu təyyarə İngiltərənin sifarişi ilə ABŞ-da 12 ay müddətinə hazırlanıb. İkinci Dünya Müharibəsi zamanı 8 nasist təyyarəsini məhv edib.

İngiltərə Kral Ailəsi tərəfindən verilən qərara əsasən Frankie məhv etdiyi təyyarələrə aid bayraqları öz üzərinə vurub. Təyyarədə nasist bayraq və simvollarının olması bununla bağlıdır”.


Müəllif: Cavad