17 Sentyabr 2019 14:37
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki il gizli təqiblərdən sonra 190 müridi ilə birlikdə həbs edilmiş türkiyəli ilahiyyatçı Adnan Oktar bu gün hakim qarşısına çıxacaq.

Teleqraf.com xəbər verir ki, məhkəmə prosesi ölüm təhdidi ilə başlayıb.

Adnan Oktarın şəbəkəsinin fərari nümayəndələri Əli Tulum və İbrahim Səral Köprülü Oktardan şikayətçi olan keçmiş polis rəisi Adil Sərdar Saçanı ölümlə hədələyib.

Xaricə qaçan hər iki şəxs sosial mediadan təhdidlər yağdıraraq “Özündən qabaqkı avtomobillə aranda məsafə saxla” tipli ismarış göndəriblər.

Polis rəisi isə “Olduğunuz ölkədə özünüzü təhlükəsiz hiss etməyin” cavabını verib.

Adnan Oktardan şikayət edən 250 nəfərin də təhdid edildiyi bildirilir. Həmin şəxslərə zəng edərək “Səni biabır edərik, internetdə fotoların yayılar” deyib şantaj ediblər.

Oktar şəbəkəsini Çindən Hasan Bəsri Günərin, ABŞ-dan isə Ərdəm Rahvançının idarə etdiyi məlum olub. Hər iki şəxsin Türkiyəyə gətirilməsi üçün beynəlxalq axtarış elan olunacaq.


Müəllif: Leyla