28 Mart 00:26
331

Gürcüstanda daha iki şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxma sayı 83-ə çatıb.

Hazırda karantində 4 641, stasionar nəzarətdə isə 239 nəfər saxlanılır.

Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların 14-ü sağalıb. Hazırda aktiv virus daşıyıcılarının sayı 69 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com