30 İyul 2020 12:17
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda 9 avqust prezident seçkiləri yaxınlaşdıqca gərginlik artır.

Teleqraf.com xəbər verir ki, Belarus təhlükəsizlik qüvvələri kəşfiyyat məlumatı əsasında 33 muzdlu rus hərbçisini həbs etdiyini bidirib.

Rəsmi açıqlamada saxlanılan şəxslərin Rusiya vətəndaşı olduğu ifadə edilib. Hadisə ilə bağlı bu gün Rusiyanın Minskdəki səfiri Belarus Xarici İşlər Nazirliyinə dəvət olunub.

Belarus Təhlükəsizlik Şurası saxlanılan hərbçilərin terror hazırlığında olduğunu bəyan edib.

“Belta” agentliyi isə ölkəyə daxil olan 200-dən çox rus muzdlu döyüşçünün seçkilər ərəfəsində ölkədə qarışıqlıq salmaq istədiyini qeyd edib.


Müəllif: Cavad