ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi ilə bağlı qardaş ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Teleqraf.com-un məlumatına görə, Türkiyə ABŞ-ın bu addımını qınadığını və rədd etdiyini açıqlayıb.
Məlumatda qeyd olunub ki, Türkiyə, münasibətləri qaçılmaz olaraq mənfi təsir edəcək qərara qarşı lazımlı addımları atacaq:
"Türkiyə ayrıca öz milli təhlükəsizliyini təmin etmək üçün lazımlı gördüyü tədbirlərdən çəkinməyəcək. ABŞ-ı bu gün elan olunan haqsız sanksiya qərarına yenidən baxmağa dəvət edirik. Türkiyə bu məsələni dialoq və diplomatiya ilə ittifaq ruhunda həll etməyə hazırdır”.