2 Fevral 2021 11:44
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanda prezident seçkiləri 2021-ci oktyabrın 24-də keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu respublika parlamentinin qanunvericilik palatasının birinci vitse-spikeri Akmal Səidov bildirib.

“Qanunvericilik palatası tərəfindən hazırlanmış qanun layihəsinə uyğun olaraq, respublikada növbəti prezident seçkiləri 2021-ci il dekabr ayının üçüncü ongünlüyünün ilk bazar günü deyil, cari ilin 24 oktyabr tarixində keçiriləcək”, – deyə “TASS” onun sözlərindən sitat gətirir.

A.Səidov qeyd edib ki, sənəd 5 fevraladək respublika senatı tərəfindən təsdiqlənməlidir.


Müəllif: Səxavət

Oxşar xəbərlər