4 Noyabr 2014 06:09
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelanın Apure ştatında ölkənin hava məkanını pozan təyyarə vurulub.

Teleqraf/com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes bəyan edib.

“King-200 tipli təyyarə Apure ştatında, Elorsa şəhərindən cənub-şərqdə Hərbi Hava Qüvvələrimiz tərəfindən vurulub”, deyə Lopes bildirib.

Ekipaj üzvlərinin taleyi və hadisənin təfərrüatları barədə məlumat verilmir.


Müəllif: