2 Fevral 2022 11:34
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna NATO-ya üzv olub Krım və Donbasda hərbi əməliyyatlara başlasa, nə olacaq?”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun fikrincə, Ukraynanın NATO-ya üzv olması onun Krım və ya ölkənin şərqindəki (Donbas) əraziləri geri almaq üçün hərbi əməliyyatlara başlaya biləcəyi bir vəziyyət yarada bilər.

“Təsəvvür edin ki, Ukrayna NATO üzvüdür və hərbi əməliyyatlara başlayır. Onda biz NATO bloku ilə müharibə etməliyik? Kimsə bunu düşünür? Görünür, yox”, - Putin bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər