1 May 2022 19:49
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ qanunvericiləri ölkə prezidenti Co Baydenin Ukraynaya yardım üçün əlavə vəsait ayrılması üçün göndərdiyi sorğu üzərində işləyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Kiyevə səfərindən sonra yaydığı bəyanatda deyilir.

Demokratlar Partiyasını təmsil edən və hökumət iyerarxiyasında üçüncü ən yüksək vəzifəyə sahib olan Pelosi, günün əvvəlində bir qrup ABŞ qanunvericisi ilə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Onun sözlərinə görə, nümayəndə heyəti Ukrayna tərəfini əmin edib ki, “Amerikanın əlavə dəstəyi artıq yoldadır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər