İraqdakı siyasi böhran daxili qarşıdurmaya çevrildikcə ölkədə parçalanma təhlükəsi yaranır.
Teleqraf.com xəbər verir ki, siyasi ekspertlər Məsud Haqqı Caşın və Refik Turan baş verənləri “Türkiyə” qəzeti üçün dəyərləndiriblər.
Çaşının sözlərinə görə, 2003-cü ildən sonra yaranan fikir ayrılığı İraqda stabil hökumətin qurulmasına mane olur:
“Parlamentin ələ keçirilməsindən sonra gün faktiki olaraq parçalanmağa doğru gedən bir İraq görürük. Bu məqamda Türkiyə ilə sıx bağlı olan bəzi məsələlər var. Əvvəla, Türkiyənin İraqla çox yaxşı münasibətləri vardı, amma bu əlaqələr zəifləyib. İkincisi, Türkiyənin təhlükəsizliyi dəyişdi. Yəni İran-İraq savaşından güclənərək çıxan PKK burada Aralıq dənizinə açılan “PKK dəhlizi”nə girməyə çalışdı və Türkiyə bunun qarşısını almaq üçün həm İraqda, həm də Suriyada hərbi əməliyyatlar keçirərək öz mövqelərini qurdu. Türkiyə həmişə İraqın ərazi bütövlüyünü müdafiə edib. Dünyada İraqın ərazi bütövlüyünü bizim qədər müdafiə edən ikinci ölkə yoxdur. Məsələn, İran İraq üzərindən Suriyaya “Həşd əş-Şabi” qüvvələrini göndərərək burada nüfuz dairəsini artırmağa çalışır. Amerikalılar və ruslar geri çəkildikdən sonra İran təyyarələri rejimin hərbçilərini sərhədimizə daşıyır. Bu bölgədə İran, İsrail, ABŞ və Britaniyanın neft şirkətləri arasında savaş gedir”.
Məsud Haqqı Çaşın qeyd edib ki, Türkiyə İraqda PKK terror dövlətinin yaranmasına icazə verməyəcək, lazım gələrsə, hərbi güc tətbiq edəcək:
“Düşünürəm ki, Ərdoğanın bəyan etdiyi “Bir gecə qəfil gələ bilərik” formulu ilə terrorla mübarizə davam edəcək. Digər tərəfdən, Türkiyənin İraqla heç bir mübahisəsi yoxdur. İraq türkmənlərinə və yezidilərə dəstəyimizi davam edir və Türkiyə baş verənlərin məzhəb parçalanmasına çevrilməsinə imkan verməyəcək. Bugünkü qarşıdurmanın arxasında böyük bir plan var. “Böyük Yaxın Şərq Proyekti”nin “parçala, hökmranlıq et” mexanizmi işə düşün. Bu gün İraq parçalansa, növbə Suriya, Türkiyə və İrana çatacaq”.
Refik Turan isə qeyd edib ki, 1926-cı ildə imzalanmış müqaviləyə əsasən, həssas durumlarda Türkiyənin İraq sərhədlərini qorumaq hüququ var:
“Türkiyənin buna haqqı var. Bu çərçivədə müəyyən addımların atılması lazım ola bilər. Birbaşa “Türkiyə İraqa girə bilər” kimi mühakimə yürütmək düzgün olmazdı, amma Türkiyənin öz təhlükəsizliyi baxımından müəyyən hüquqları var. Türkiyə bu hüquqlarını beynəlxalq hüquq və beynəlxalq münasibətlərin müddəalarına uyğun olaraq həyata keçirəcək.
Bundan başqa, Türkiyənin 28 yanvar 1920-ci il tarixində dünyaya elan etdiyi “Misaki-Milli” qərarları var. Bu çərçivədə Türkiyənin İraq, Suriya və Qərbi Trakya ilə bağlı hüquqları mövcuddur”.