20 Yanvar 2023 13:33
1 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya gömrükçüləri Özbəkistana uçan sərnişindən silah müsadirə ediblər.

Teleqraf.com Ural gömrük idarəsinə istinadla xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərindən gələn şəxsin yük yerindən qızılla örtülmüş "Kalaşnikov" avtomatı aşkar edilib.

Hədiyyə qutusunda olan silahın “yaşıl dəhliz”dən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhd edildiyi bildirilib.

Özbəkistan paytaxtı Daşkəndə uçan silah sahibi gömrük məmurlarına silahın istismardan çıxmış model olduğunu bildirib. Silahın ornament ustaları tərəfindən bəzədildiyini deyən sərnişin silahı Özbəkistandakı dostuna hədiyyə apardığını deyib.

Gömrük xidmətinin məlumatına görə, 7,62 mm çaplı "Kalaşnikov" avtomatı 1974-cü ildə istehsal edilib. Elə həmin il daha çox AK-74 kimi tanınan model SSRİ-də xidmətə verilib. Silahın lüləsi, gövdəsi, durbini və maqazini qızılla örtülüb və mürəkkəb teksturaya malikdir. Qundağı və qulpu qiymətli ağacdan hazırlanan silahın dəyərinin 500 min rubla, yəni təxminən 7265 dollar olduğu təxmin edilir.


Müəllif: Yeganə Oqtayqızı