Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Pervomayski kəndində meşə yanğını nəticəsində barıt olan iki anbar yanıb.
Teleqraf.com xəbər verir ki, Pervomayski kəndində iki barıt anbarı meşə yanğınının yayılmasından sonra alışıb. Yanğına görə yaxınlıqda olan barıt saxlanan 18 anbarın təhlükə altında olduğunu deyilir.
Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın faktını təsdiqləyib. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Bildirilib ki, təxminən 400 nəfərin yaşadığı kənd təxliyə olunur.