Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının şimalına nəzarəti itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Daniel Haqari məlumat yayıb.
O bildirib ki, Qəzza zolağının 50 minə yaxın sakini artıq sözügedən ərazinin şimalından cənubuna keçib.
“Onlar tərk edirlər, çünki anlayırlar ki, HƏMAS Qəzzanın şimalında nəzarəti itirib və cənubda dərman, qida və suyun təmin edildiyi daha təhlükəsiz bölgə var”, – Haqari deyib.