Moldova Avropa Birliyinə (AB) üzv olmaq üzrə danışıqları təyin olunan 2030-cu ildən tez başa çatdıra bilər.
Teleqraf.com xəbər verir ki, bunu Moldovanın hakim “Fəaliyyət və Həmrəylik” Partiyasının sədri İqor Qrosu deyib.
“Bu il referendum keçirmək, bu mübahisəyə son qoymaq və danışıqlar prosesinə tam sürətlə başlamaq çox vacibdir. Diqqəti 2030-cu ilə yönəltməyə ehtiyac yoxdur. İmkanlarımız məsuliyyətimiz var ki, bunun üçün hər şeyi edək. Avropa Birliyinə qoşulma anı daha da yaxınlaşır”, - Qrosu bildirib.
Partiya sədrinin fikrincə, Moldova yaranan imkanlar pəncərəsindən yararlanmalıdır. Qrosu hesab edir ki, Moldova və Ukrayna ilə bağlı danışıqlar prosesi əvvəllər istifadə olunan şablona uyğun deyil.
Moldova hökuməti bundan əvvəl ilin sonunadək Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacağını açıqlamışdı.