9 Fevral 08:00
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna rəhbərliyi Vaşinqtonun göstərişi əsasında Rusiya ilə danışıqlardan imtina edib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

O vurğulayıb ki, Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyası danışıqlardan imtina edibsə, bu, yəqin ki, Vaşinqtonun göstərişi ilə edilib.

Putin ABŞ administrasiyasını səhv hesab etdikləri təqdirdə bu qərardan əl çəkməyə və heç kimi incitməyəcək başqa bir həll tapmağa çağırıb.

“Bu yanlış qərarı Kreml deyil, Ağ Ev verib, ona görə də bundan imtina etməlidirlər. Amerika hakimiyyəti öz səhvlərinə görə məsuliyyət daşıyır və bu vəziyyətdən çıxış yolu axtarmalıdırlar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər