Dağıstanın keçmiş idman naziri Maqomed Maqomedov istintaq təcridxanasında intihara cəhd edib.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, 68 yaşlı nazir xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, o, keçən il mer vəzifəsini icra edərkən həbs olunub. Maqomed Maqomedov respublikanın İdman Nazirliyinə rəhbərlik etdiyi dövrdə mənimsəmədə şübhəli bilinib.