11 Sentyabr 17:45
2 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə etmək üçün yeni vasitələrdən istifadə etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Dövlət Departamenti oktyabrın 26-da Gürcüstanda keçiriləcək seçkilərə müdaxilə etmək niyyətindədir.

Rusiya kəşfiyyatının məlumatına görə, Vaşinqton bu məsələdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbərliyi ilə razılığa gəlib.

“ATƏT DTİHB-nin səsverməyə 10-20 gün qalmış ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı qənaətinə gələn aralıq hesabatı dərc etməsi planlaşdırılır”, - qurum vurğulayıb.

Xarici Kəşfiyyat Xidməti ABŞ-ın məqsədinin hakim “Gürcü Arzusu” Partiyasının mümkün qələbəsinin qarşısını almaq olduğunu güman edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər