12 Sentyabr 01:44
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinada 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 4,2%, ilin əvvəlindən isə 94,8% artıb. 2023-cü ilin eyni ayı ilə müqayisədə artım 236,7% təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutunun açıqladığı məlumatda deyilir.

Qiymət artımının 4% olduğu iyul ayı ilə müqayisədə avqustda inflyasiya bir qədər də sürətlənib. İndeksə daha çox kommunal xidmətlər (+7%), təhsil (+6,6%) və nəqliyyat (+5,1%) qiymətlərinin artımı təsir edib.

Qeyd edək ki, Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2023-cü ilin sonunda qiymət artımı 211,4%, 2022-ci ildə 94,8%, 2021-ci ildə 50,9% olub. 19 noyabr 2023-cü ildə Xavyer Mileyin prezident seçilməsindən sonra qiymət artımı əhəmiyyətli dərəcədə sürətlənıb. Onun hökumətinin ilk tədbirlərindən biri dolların rəsmi məzənnəsini bir dollar üçün 366 pesodan 800 pesoya qaldırmaq olub


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər