3 Noyabr 11:23
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın şimalında yerləşən Germsar şəhəri yaxınlığında 4,6 maqnitudalı zəlzələ nəticəsində azı 15 nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İRNA agentliyi xəbər verib.

Bütün yaralıların yüngül bədən xəsarətləri aldığı bildirilib. Həmçinin zəlzələdən sonra şəhərdə bəzi abonentlərin işıq və internet bağlantısının kəsildiyi qeyd olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, təxminən 49,4 min insanın yaşadığı Germsar şəhərindən 5 km şimal-şərqdə baş verən zəlzələ yerin 35 km dərinliyində qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər