Türkiyənin şimalındakı Çorum şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 17 yaralı var.
Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, Osmancık küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə məişət qazı partlayıb.
Təcili yardım xidmətləri hadisə yerindədir.
Partlayış nəticəsində evin bir neçə mərtəbəsi demək olar ki, tamamilə dağılıb, yaxınlıqdakı tikililərə, eləcə də küçədə dayanmış avtomobillərə ziyan dəyib.