Ermənistanda silah alışı ilə bağlı problemlər Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Hayk Mamicanyan deyib.
“Paşinyanın gəlişindən əvvəl Ermənistan müntəzəm olaraq və gecikmədən, çox vaxt (Rusiyadan - red.) pulsuz silah alırdı. Niyə bir nöqtədən sonra bu problemlər yarandı? Region da, ölkələr də həminkidir. Yalnız bir şey dəyişdi: Paşinyan hakimiyyətə gəldi”, - deputat bildirib.
Xatırladaq ki, keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın dönəmində Rusiya Ermənistanı pulsuz silahlarla təmin edib.