9 Noyabr 13:11
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO üzvlüyünə qəbul olacağımıza əmin deyiləm. Biz təşkilata sonda qoşulmaq istədik.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb "İlta-Sanomat" qəzetinə verdiyi müsahibəsində qeyd edib.

O, ölkəsinin Alyansa indi qoşula bilməməsininin səbəbini Ukraynadakı vəziyyətlə əlaqəndirib: "İndi biz müraciət etsək də, üzvlüyə qəbul oluna bilməyəcəyik. Mənim qiymətləndirməm Ukraynadakı vəziyyətlə bağlıdır".

Stubb, həmçinin müsahibəsində ABŞ-ın yeni administrasiyasının Avropaya qarşı hər hansı radikal addım atacağını düşünmədiyini söyləyib: "Avropa enerjisini Rusiyaya, iqtisadiyyatını Çinə, təhlükəsizliyini isə ABŞ-a verib. Avropa öz təhlükəsizliyi və müdafiəsi üçün daha çox məsuliyyət daşımalıdır. ABŞ Avropanı tamamilə tərk etməyəcək".


Müəllif: Mahir

Oxşar xəbərlər