ABŞ və Almaniya hazırda Ukraynanı NATO-ya dəvət etməyə hazır deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə “Suspilne” alyansdakı mənbəyə istinadla məlumat yayıb.
Nəşrin həmsöhbəti deyib ki, bu, Ukraynanın NATO-ya üzvlüyünə əsas maneədir.
“Problem əsasən ABŞ və Almaniyanın mövqeləri ilə bağlıdır. Onları nəyin narahat etdiyini təxmin edə bilərik, amma Ukraynanın NATO-ya daxil olması gündəmdə deyil”.
Mənbə onu da bildirib ki, Slovakiya və Macarıstan da Ukraynanın alyansa dəvət olunmasına qarşıdır.