Cənubi Koreyada 6 müxalifət partiyası Prezident Yun Sok Yolun impiçment proseduruna start verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, impiçment üzrə səsvermə 24-72 saat ərzində baş tutmalıdır.
Məsələ ilə bağlı parlamentin səsverməsi dekabrın 6-7-də keçirilməlidir.
Sözügedən sənəd 191 deputat tərəfindən təsdiqlənib.
Qeyd edək ki, ötən gün Cənubi Koreya Prezidenti Yun Sok Yol KXDR tərəfdarı olan qüvvələri təmizləmək və liberal konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyətin tətbiqini bəyan edib.
Qərar ölkədə etirazlara səbəb olub.
Bir neçə saat sonra xalqa müraciət edərək, parlamentin hərbi vəziyyətin ləğvinə dair qərarını qəbul etdiyini bildirib.