Konqo Demokratik Respublikasının cənub-qərbində yerləşən Kvanqo əyalətində 140-dan çox insan naməlum xəstəlikdən ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə qubernatorun müavini Remi Saki məlumat yayıb.
Onun sözlərinə görə, noyabrda 143 nəfər həkimlərin aciz qaldığı xəstəlikdən dünyasını dəyişib. Xəstəliyin simptomlarına yüksək hərarət və şiddətli baş ağrıları daxildir. Qadınlar və uşaqlar əsas risk qrupuna daxildirlər.
Konqo səlahiyyətliləri artıq Ümumdünya Səhiyyə Təşkilatını ölümcül xəstəliyin yaranması ilə bağlı xəbərdar edib.