10:11
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kanslerliyinə namizəd, Xristian Demokratik Birlik Partiyasının sədri Fridrix Merz hazırkı Kansler Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putini ultimatumla hədələməklə bağlı ittihamını rədd edib.

Teleqraf.com xəbər verir ki, müxalif siyasətçi heç vaxt Rusiya liderini hədələmədiyini söyləyib.

Merz bildirib ki, kansler Almaniyanın təhlükəsizliyi ilə “rus ruleti” oynayır:

“Mən heç vaxt Putinə ultimatum verməmişəm. Mən Ukrayna ilə bağlı təklif etmişəm ki, silahların çeşidinə qoyulan məhdudiyyət aradan qaldırılsın və “Taurus” raketlərinin tədarükünə icazə verilsin. Konkret halda, Ukraynanın müəyyən etdiyi şərtlərlə”.

Qeyd edək ki, Şolts bundan əvvəl Merzin Rusiya prezidentinə ultimatum verdiyini deyərək, rəqibini sərt tənqid etmişdi. Həmçinin Almaniya kansleri israrla “Taurus” raketlərinin Ukraynaya tədarükünə qarşı çıxır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər