3 Dekabr 12:54
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Delaver məhkəməsi "Tesla" şirkətinin qurucusu İlon Maskın 56 milyard dollarlıq maaş paketi ilə bağlı müraciətini ikinci dəfə rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məhkəmə hakimi Kethelen Makkormik sözügedən məbləğin "ağlasığmaz" olduğunu vurğulayaraq, Maskın tələbini ləğv etmək qərarına gəlib.

Məsələylə bağlı "Tesla" şirkətindən verilən açıqlamada, qərarın əsassız olduğu və maaş paketi ilə bağlı növbəti dəfə məhkəməyə şikayət ünvanlanacağı bildirilib.

Xatırladaq ki, amerikalı milyarder İlon Maskın maaş paketinə dair ilk tələbi bu ilin yanvar ayında ləğv olunub.

İş adamı hər kəsi Delaver ştatından kənarda şirkət qurmağa çağırıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər