ABŞ prezidenti Co Bayden Cənubi Koreyadakı gərgin siyasi vəziyyətdən xəbərdar olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat fondu məlumat verib.
Jurnalistlər dövlət başçısından Koreya Respublikasında hərbi vəziyyətin tətbiqinə münasibət bildirməsini xahiş ediblər. Bayden suala belə cavab verib: “Mən bu barədə indicə məlumat aldım".