Cənubi Koreya Prezidenti Yun Sok Yolun tətbiq etdiyi hərbi vəziyyətin uğursuzluğu Şimali Koreya ilə münaqişəyə səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmiş Demokratik Partiyasının lideri Li Çje Myon bildirib.
Onun sözlərinə görə, prezidentin Şimali Koreyanı təxribata çəkərək, atəşkəs xəttində sabitliyi pozması təhlükəsi var, belə bir durum silahlı münaqişəyə səbəb ola bilər:
“Prezident Yun Sok Yol həyati əhəmiyyət kəsb edən qərarlar verməkdən çəkinmir. Onun hərbi vəziyyət tətbiq etməsi uğursuz cəhd idi, bunu yenidən edə bilər”.