10:54
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Cənubi Koreya nüvə çəkindirmə məsələlərini müzakirə etmək üçün yüksək səviyyəli hərbi rəsmilərin görüşünü təxirə salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Dekabrın 4-də nüvə məsələləri üzrə görüşün keçirilməsi planlaşdırılsa da, Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsindən sonra görüşün təxirə salınması qərara alınıb.

Noyabrın əvvəlində iki ölkənin mülki nüvə enerjisi sahəsində əməkdaşlıq barədə ilkin razılığa gəldiyi açıqlanmışdı.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər