Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rüstəm Umerov və iqtisadiyyat naziri Yuliya Sviderenko ABŞ-a yeni seçilmiş prezident Donald Trampın tərəfdaşları ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, səfərin əsas məqsədi Donald Trampın çevrəsindən olan insanlarla görüşməkdir.
Andrey Yermakın Kiyevin gələcək taleyi və yeni ABŞ administrasiyasının respublika ilə bağlı planlarını müzakirə etmək üçün Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşəcəyi gözlənilir.