12:13
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenidən ABŞ prezidenti seçilən Donald Tramp İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Trampın Yaxın Şərq üzrə müşaviri Massad Bulos bildirib.

O, yeni prezidentin Tehranın nüvə proqramının qarşısını almaqda israrlı olduğunu deyib. Bulos Trampın İrana maksimum təzyiq göstərəcəyini vurğulayıb və əlavə edib ki, o, seçiləndən sonra yenidən İran taktikasını dəyişib.

Bununla belə, Bulos söyləyib ki, Tramp əsas diqqətini nüvə sazişinə yönəldib, danışıqlara hazır olduğunu iddia edən Tehranın özünə yox:

“Onun üçün çox vacib üç məqam var: İran qətiliklə nüvə silahına malik olmamalıdır, Tehranın ballistik raketləri təkcə İsrail yox, Körfəz ölkələri üçün də risk yaradır, nəhayət, İranın bölgədəki – istər Qəzza, istər Livan, istər Yəmən, istərsə də İraqdakı proksi qüvvələrinin yaratdığı problemlər həllini tapmalıdır. Bunlardan başqa, Prezident Tramp İranda rejim dəyişikliyindən danışmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər