Cənubi Koreya prezidenti Yun Sok Yol Nazirlər Kabinetinin qarşıdan gələn iclasında ölkədə hərbi vəziyyətin tətbiqi haqqında fərmanı ləğv etmək niyyətində olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu "Yonhap" agentliyi məlumat verib.
“Hərbi vəziyyətin tətbiqində iştirak edən hərbi qulluqçuları geri çağırdım”, - deyə dövlət başçısı hökumət üzvləri ilə görüşündə xüsusi rejimin ləğvi ilə bağlı planları açıqlayıb.