12:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədəTeleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəmaləddin Heydərov tərəfindən 6 dekabr 2024-cü il tarixdə Xaçmaz şəhərində, Nazirliyin Şimal Regional Mərkəzinin binasında saat 10:00-dan Xaçmaz və Şabran rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 5 dekabr 2024-cü il tarixdə Nazirliyin Şimal Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər