Ukrayna dekabrda tərəfdaşlarından bir neçə hava hücumundan müdafiə sistemi alacaq. Yanvar ayında hava məkanını müdafiəsinin təkmilləşdirilməsi də olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski müraciətində məlumat verib.
Onun sözlərinə görə, o, müdafiə naziri Rustem Umerovun Ukraynada hava hücumundan müdafiə (HHM) sisteminin gücləndirilməsinə dair tərəfdaşlarla sazişlərin icrası ilə bağlı hesabatını dinləyib:
"Biz indi, dekabrda bir neçə tərəfdaşdan sistemlər gözləyirik, üstəlik, yanvarda hava məkanımız üçün müəyyən işlər görülə bilər. Bunun heç bir gecikmə olmadan həyata keçirilməsi vacibdir”.