11:26
282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsi “siyasi zəlzələ” idi.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalının araşdırma materialında qeyd olunur.

Mənbə bildirib ki, hazırda ölkədə vəziyyət normal axarına qayıdırmış kimi görünür.

Ötən axşam Cənubi Koreya Prezidenti Yun Sok Yol hərbi vəziyyətin tətbiq edildiyini açıqlayıb, bir neçə saat sonra parlament onun ləğv edilməsinə səs verib. Ardınca Yun Sok Yolun rəhbərlik etdiyi hökumət hərbi vəziyyətin ləğv edildiyini təsdiqləyib.

Bütün bunlar altı saatdan az müddətdə baş verib.

Cənubi Koreyada son 45 ildə hərbi vəziyyət tətbiq edilməmişdi.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər