10:31
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər