12:50
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın təyin etdiyi kadrlarla bağlı qalmaqalların ardı-arası kəsilmir.

Teleqraf.com xəbər verir ki, “The New Yorker” qəzeti bu dəfə yeni prezidentin müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürdüyü Pit Heqsetlə bağlı müzakirələrə səbəb olan məqamdan yazıb.

Heqset materialda 2015-ci il mayın 29-da Ohayoda keçirilən bir tədbirdə dəfələrlə “Bütün müsəlmanları öldürün” qışqırmaqda ittiham edilir.

Gələcək müdafiə nazirinin vəkili Tim Parlator iddiaya cavab olaraq deyib:

“Biz “The New Yorker” vasitəsilə Heqsetin cılız və qısqanc keçmiş ortağı tərəfindən dilə gətirilən qəribə iddiaları şərh etməyəcəyik”.

ABŞ-ın ən böyük müsəlman təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının (CAIR) sədri Nihad Avad Heqsetin müdafiə naziri vəzifəsinə namizəd kimi tamamilə yararsız olduğunu bildirib. Qurum rəhbəri onun keçmişinin buna imkan vermədiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər