Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin tiktirdiyi "Gəncə Bazarı Ticarət Mərkəzinin" direktoru Mahmud Mahmudzadə işdən azad olunub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, direktor öz istəyilə işdən ayrılıb.
Mahmud Mahmudzadə 5 ildən artıq idi sözügedən bazarda direktor kimi çalışırdı.
Bazarı isə qeyri-rəsmi şəkildə Elmar Vəliyevin oğlu Elmir Vəliyev idarə edir.
Hazırda direktor vəzifəsi müvəqqəti başqa şəxsə həvalə olunub.