Rusiya ordusunun uğurları fonunda Ukrayna Prezidenti Volodimir Zelenski ərazi tələbləri ilə bağlı mövqeyini dəyişməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Responsible Statecraft” məlumat yayıb.
“Ukrayna lideri oktyabrda Kiyevin ərazi güzəştinə getməyəcəyini açıqlayıb. Rusiya qoşunları Ukraynanın ən güclü müdafiə xətlərini keçdikcə və Qərbə doğru daha sürətlə irəlilədikcə, Ukraynanın dağılan mövqeləri Kiyevdə yeni bir reallıq yarada bilər”, - məqalədə belə qeyd olunur.