27 Dekabr 10:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan baş nazirinin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri Azərbaycan səfirlyini ziyarət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

DİN başçısı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevə dekabrın 25-də baş vermiş aviaqəza nəticəsində onlarla insanın həlak olması ilə bağlı başsağlığı verib.

V.Qomelauri səfirlikdə açılmış başsağlığı kitabına qeyd yazıb. Nazirlə birgə səfirliyi Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili, Kəşfiyyat Xidmətinin rəisi İrakli Beraya və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze də ziyarət edib.

Qəza qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq DİN-nin adından səfirliyə əklil təqdim olunub.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər