Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvili vəzifəsinin rəsmi icrasına andiçmə mərasimindən iki gün sonra başlayacaq.
Teleqraf.com xəbər verir ki, o, dekabrın 29-da parlamentdə Seçicilər kollegiyası, hökumət, konstitusiya orqanlarının üzvləri və Pravoslav kilsəsinin nümayəndələri qarşısında and içəcək.
Mərasim üçün Gürcüstan konstitusiyasının xüsusi nüsxəsi hazırlanır.
Parlament sədri Şalva Papuaşvilinin bildirdiyinə görə, mərasim saat 11:00-da başlayacaq və təqribən 40 dəqiqə davam edəcək.