27 Dekabr 10:39
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsəlman Ağsaqqallar Şurasının Baş katibi, Zati-aliləri Hakim Məhəmməd Əbdülsalam Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində onlarla insanın həyatını itirməsi və çoxsaylı yaralıların olması ilə əlaqədar Azərbaycan Respublikasının rəhbərliyinə, hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, Baş katib öz bəyanatında deyib:

“Onlarla insanın həyatına son qoymuş və çoxlu sayda yaralıların olduğu “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi qəzası ilə əlaqədar qəlbimiz Azərbaycandakı qardaş və bacılarımızla birgə döyünür. Uca Allahdan qurbanlara sonsuz rəhmət, ailələrinə və yaxınlarına səbir və təskinlik, yaralananlara isə şəfa diləyirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər