26 Dekabr 17:46
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 276.9 milyon manat artıb. Bu da 52% artım deməkdir.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, yanvar-noyabr ayında cəlb etdikləri əmanətlər üzrə 813.4 milyon manat faiz ödəyiblər.2023-cü ilin ilk 11 ayında bu rəqəm 536.5 milyon manat olub.

Qeyd edək ki, bu ilin dekabr ayının 1-nə bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edib. Cəmi öhdəliklərin 80.6%-i və ya 35,192 mln. manatını depozitlər təşkil edib. Depozit portfelinin 60.6%-i -21,332.1 mln. manatı hüquqi şəxslərin, 39.4%-i - 13,859.9 mln. manatı fiziki şəxslərin depozitlərindən ibarətdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər