2 Yanvar 08:27
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ xüsusi xidmət orqanları Nyu-Orleanda (Luiziana ştatı) baş vermiş terror aktı ilə Las-Veqasda (Nevada ştatı) “Cybertruck” pikapının partlaması arasında əlaqənin olub-olmadığını araşdırır".

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.

“Biz Las-Veqasda “Trump Hotel” yaxınlığında “Cybertruck” pikapının partlaması ilə bağlı vəziyyəti izləyirik”, – Amerika lideri Kemp-Deviddəki (Merilend ştatı) istirahət iqamətgahından Nyu-Orleandakı terror aktı və Las-Veqasdakı partlayışla əlaqədar vətəndaşlara qısa müraciətində bildirib.

“Hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətləri də bu işi araşdırır, o cümlədən Nyu-Orleandakı hücumla hər hansı mümkün əlaqənin olub-olmadığını müəyyənləşdirir”, – Bayden qeyd edib.

Amerika lideri jurnalistlərin baş verənlərlə bağlı ABŞ-nin seçilmiş prezidenti Donald Trampla söhbət edib-etmədiyi və yaxın vaxtlarda ABŞ-də oxşar hadisələrin gözlənilməsi ilə bağlı suallarını cavablandırmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər