2 Yanvar 12:15
274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni dövlət qeydiyyatına alınan 303 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Tarif Şurasının iclasında qərar qəbul edilib.

Qərarə əsasən, 4 dərman vasitəsinin qiyməti aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər