Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində batan vətəndaş - 2011-ci il təvəllüdlü Kərimli Saray Sərvan qızının meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
8-ci sinif şagirdi səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb. Əmisi Zamin Kərimovun dediyinə görə, müəllimləri onun məktəbə gəlmədiyini bildikdən sonra axtarışına başlayıblar. Azyaşlının çantası Kür çayının kənarında tapılıb.