Tovuzun Aşağı Quşçu kəndində ev yanıb.
Teleqraf.com-un yerli bürosunun xəbərinə görə, evdə olan 70 yaşlı Fazil Hüseynovun meyiti aşkar edilib.
Hadisə yerinə rayon polis və prokurorluq orqanının əməkdaşları baxış keçiriblər.
İlkin məlumata görə, adıçəkilən şəxs yanğın nəticəsində həyatını itirib.